YAP Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib FOTOLAR

YAP Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib FOTOLAR

Mayın 17-də Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri qoyublar.

Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin iclas zalında keçirilən konfransda təşkilatın sədri Akif Əsgərov hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış edib. Çıxışında partiyanın yaranmasına, iqtidara gəldiyi zamandan isə müstəqilliyimizin möhkəmlənməsinə, Azərbaycanımızın ikişafına verdiyi töhfələrdən geniş bəhs edib. O, rayon təşkilatının hesabat dövründə boy sırasının 751 nəfər artaraq 4055 nəfər təşkil etdiyini bildirib. Partiya üzvülərinin 47%-ni gənclər, 1648 nəfərini qadınlar təşkil edir. Ölkədə aparılan uğurlu siyasətdən geniş bəhs edən məruzəçi bu naliyyətlərdə Kəlbəcər təşkilatının da payı olduğunu nəzərə çatdırıb.

Nəzarət təftiş qurupunun sədri Ramil Salmanov məruzəsində rayon təşkilatının maliyyə işləri barəsində konfrans iştirakçılarına geniş məlumat verib. Hesabat məruzələri ətrafında çıxış edənlər - Şura üzvü Elmira Şükürova, Şura uzvü Mehparə Kazımova, Şura üzvü Musa Məmmədov Yeni Azərbaycan Partiyasının ölkədə elm və təhsilə, səhiyyəyə, idman və turizmin inkişafına verdiyi tövsiyələrdən geniş bəhs edərək təşkilatın konfrans ərəfəsindəki fəaliyyətini qənaətbəxş hesab olunmasını təklif ediblər.

Çıxış edən qonaqlar- Milli Məclisin Deputatı Musa Quluyev, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Deputatı Naqif Həmzəyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və Mərkəzi Aparatın məhsul işçisi Rəfael Gülməmmədov konfransın işinə uğurlar diləyərək YAP-ın Beynəlxalq aləmdə nüfuzundan, apardığı sülh sevər siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş bəhs ediblər, yeni seçiləcək tərkibə uğurlar diləyiblər.

Konfransda çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı, Şura üzvü Aqil Məmmədov yeni seçilən tərkibə daha fəal olmağı, ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıq və tövsiyələri vaxtında yerinə yetirməyi tövsiyyə edib.

Sonda Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının 25 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə heyyəti və 5 nəfərdən ibarət NTQ-nın tərkibi seçilib. Akif Əsgərov yenidən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə