Deputatlarımız Belqrada gedir

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 19-dək Serbiyanın paytaxtı Belqrada səfərə gedəcəklər. Milli Meclisdən SİA-ya verilən xəbərə görə, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, Avropa Şurasına üzv ölkələrdə qanunun aliliyi prinsipinə yeni hədələr, Avropa İnsan hüquqları konvensiyasına riayət edilməsi ilə bağlı məruzələr dinləniləcək.

Tədbirdə millət vəkili Vüsal Hüseynov "Ölüm cəzası və işgəncələr üçün istifadə edilən avadanlıqların ticarətinə qarşı beynəlxalq qanunvericiliyin güclənməsi" mövzusunda məruzə ilə çıxış edəcək.

Deputatlarımız iclasda müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə