Ukraynanın "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko bəyan edib ki, ölkənin eks-prezidenti Viktor Yanukoviçin dövlətə xəyanət işi siyasiləşdirilib. Bundan başqa, bu məsələdə bütün prosedurlar pozulub. SİA-nın məlumatına görə, bu haqda "ria novosti" yazır.
Qeyd olunur ki, hakimiyyət bu işi siyasiləşdirib, baş prokuror isə Yanukoviçin və ətrafının günahkar olması barədə bəyanatlar verir. Onun sözlərinə görə burada əsas məqsəd Avropa məhkəməsində
həmin işin siyasiləşdirilmiş olmasının qəbul etdirilməsidir.
Həmçinin, Timoşenko hesab edir ki, dövlətə xəyanət işində bütün prosedurlar pozulub və bu, ittiham olunanın (Yanikoviçin-red.) beynəlxalq məhkəmə instansiyalarında bəraət almasına səbəb olacaq.
"Əgər Yanukoviçə vəkil xidmətindən istifadəyə qadağa qoyularsa, hesab edin ki, bu, onun reabilitasiyası ilə nəticələnəcək"-deyə "Batkivşina"nın lideri vurğulayıb.
Qeyd edək ki, mayın 4-də Kiyev məhkəməsində Yanukoviçin dövlətə xəyanət işi ilə bağlı baxış iclası keçirilib. Məhkəmə Yanukovişin vəkillə təmin olunmasına qarşı qərara verib. Növbəti məhkəmə mayın 18-də keçiriləcək. Eyni zamanda bəlli olub ki, İnterpol Ukraynanın eks-prezidentinin adını axtarışda olan şəxslər siyahısından çıxarıb. Kiyev isə bu qərardan şikayət vermək fikrindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB