Araz Əzimov: "Beynəlxalq qurumlar münaqişələrin həllinə beynəlmilləl yanaşma gətirməlidir"

Araz Əzimov: "Beynəlxalq qurumlar münaqişələrin həllinə beynəlmilləl yanaşma gətirməlidir"

"Azərbaycan 25 ildən çoxdur ki münaqişə şəraitində yaşayır. SİA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib k, münaqişənin həll olunması üçün onun erkən vaxtında müraciət edilə bilinərdi: "Lakin bu heç zaman gec hesab olunmur. Beynəlxalq qurumlar münaqişələrin həllinə töhfəsini verməklə məsələyə beynəlmilləl yanaşma gətirməlidir. Münaqişə artıq iki ölkənin məsələsi deyil. Burada artıq məsələ region çərçivəsindən çıxır. Çünki seçkilərdən seçkilərə bir çox ölkələrədə münaqişələrin yaranmasına imkan yaranır. Oxşar şəraitin yaranmasına qarşı çıxmaq üçün preventiv tədbirlər görmək, əvvəllər münaqişələrin həlli ilə bağlı təcrübələrdən çıxış edərək sülhün bərqərar olmasına zəmin yaratmaq olar. Lakin bəzən qonşu cəmiyyətlərdə beynəlxalq qanununum tanınması və bu sahədə savadın olması şübhə yaradır. Beynəlxalq qanun prinsipindən çıxış edərək hər bir tərəf bu qanunlara hörmət etməldir, beynəlxalq qurumlar bu cəmiyyətlərə bunu aşılanmalıdır. Bu istiqamətlərdə ekspertlər işləməlidir" .

Bütün xəbərlər Facebook səhifəmizdə