Prezident Həsən Ruhaniyə başsağlığı verib

Prezident Həsən Ruhaniyə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə məktub göndərib. Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə