Nassir Əbdüləziz Əl-Nasser: "BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur"
"BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur". SİA-nın məlumatına görə, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib. BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi deyib ki, mədəniyyətlərarası dialoqla sülhə nail olmaq mümkündür: "Bakı prosesi" bu baxımdan mühümdür. Mədəniyyətlərarası dialoq vacib bir elementdir. Mədəniyyətlərarası dialoqu gücləndirmək ekstremizmə qarşı mübarizədə çox vacibdir. Əminəm ki, bu Forumda irəli sürüləcək bir sıra təklif və təşəbbüslər, mükafatlar elan ediləcək. Mükafatın təsis olunması çox mühüm bir təşəbbüsdür. Mən Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda rolundan xəbərdaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB