“Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi”

“Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi”

May ayının 3-də Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində "Heydər Əliyev və Azərbaycan sərhəd müha-fizəsi" mövzusunda elmi-praktik seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov seminarın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edildiyini, bu cür tədbirlərin Heydər Əliyev irsinin, Ümummilli Liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhə-miyyətli olmasını qeyd edib.

Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsasının Heydər Əliyev tərəfindən qoyulmasını qeyd edib.

Seminar iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmiş ali diqqət və qayğı haqqında ətraflı məlumat verilmiş, interaktiv təqdimat formasında Ulu Öndərin sərhədçilərlə görüşləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri nümayiş etdirilib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının formalaşdırılması sayəsində Azərbaycan sərhədçilərinin xidməti fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə 32 dəfə səfər etməsi, bu rəqəmin təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən ali diqqət və qayğının göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymət olması xüsusi qeyd olunmuş, həmin səfərlər barədə interaktiv təqdimat nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərhəd mühafizəsi sahəsində islahatlara ali dəstəyi sayəsində Dövlət Sərhəd Xidmətinin 14 hərbi hissə kompleksinin, 658 xidməti binanın inşa edilməsi, 130 min 191 nəfər sərhəd və rejim pozucusunun, 24 min 259 nəfər axtarışda olan şəxsin saxla-nılması, təxmini dəyəri 106 milyon manat olan qaçaqmalın, 4 ton narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınması, 385 ton narkotik mənşəli bitki kolunun aşkar olunması, xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 90 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çər-çivəsində 81 şəxsin saxlanılması, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cüm-lədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 123 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə seminar iştirakçılarına məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə