Qaradağ rayonunda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib FOTOLAR
YAP Qaradağ rayon təşkilatının 16 saylı Bakı Peşə Liseyi ərazi ilk partiya təşkilatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 94- cü ildönümü münasibətilə tədbir keçrilib. SİA-nın verdiyi məlumata görə, tədbirin açılışını Bakı Peşə Liseyinin direktoru Şakir Hüseynov edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan danışıb.
.jpg)
Ş.Hüseynov bildirib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
YAP Qaradağ rayon təşkilatı aparatının rəhbəri Hacı İbrahimov çıxış edərək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və dahi şəxsiyyətin ömür yolunun hər bir azərbaycanlıya bir örnək olduğunu xatırladıb: "Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi".
Daha sonra çıxış edənlər - 16 saylı Bakı Peşə Liseyinin müəlliməsi Məlahət Nağıyeva, liseyin direktor müavini Mehti Kərimov və liseyin müəllimi Əmirov Azər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB