Putin haqqında film çəkiləcək

Amerikalı kinorejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqqında film çəkəcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, filmdə Putinin 2000-ci ildə ilk dəfə Rusiya prezidenti seçildikdən sonra dünyada baş verən hadisələrə münasibəti əks olunacaq.

Qeyd edək ki, Stoun kəskin siyasi mövzularda filmlər çəkən rejissor kimi məşhurdur. Onun qəhrəmanları arasında ABŞ prezidentləri Riçard Nikson, Con Kennedi, Corc Buş var.

Bütün xəbərlər Facebook səhifəmizdə