İlham Məmmədov: “Ermənistanın sabotajlığa əl atması çox primitiv üsullardır” MÜNASİBƏT
"Ümumiyyətlə Dağlıq Qarabağ ətrafında olan tənzimləmə proseslərinin müəyyən məqamları olur ki, o vaxtı da həmişə Ermənistan sabotajlığa əl atmaq istəyir və şər-böhtan kampaniyasına keçir". Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, bu kimi işlərdə erməni diasporası fəal rol oynayır: "Eləcə də muzdlu olaraq təşkil olunmuş beynəlxalq təşkilatların ayrı-ayrı qurumları, havadarları onları müdafiə edir. Təbii ki, bunlar boş və mənasız addımlardır. Çünki Qarabağ münaqişəsinin həlli istiqamətində məlum olduğu kimi yanaşmalar tamam fərqlidir. Ümumiyyətlə bu kimi ərazi bütövlüyü məsələsinin həlli, münaqişə zonalarında olan problemlər və dünyanın özünə baxışı çox dəyişib. Sadəcə olaraq konfiliktlərin həll olunması istiqamətində addım atılmaq istəmir. Təbii ki, Qarabağda bu münaqişə ocaqlarından biridir. Artıq Qarabağ ətrafında olan problemlərin tənzimlənməsi istiqamətində yox, Avropa dəyərləri dediyimiz beynəxalq hüquq bunun həll olunmamasına çalışır. Çünki bölgədə gərginlik yaratmaq, güc dövlətlərinin bir-birinə qarşı olan maraqlarını həyata keçirmək çox əlverişlidir. Ermənistan da bir alət olaraq belə qüvvələrin əlində bir alətdir. Təbii ki, Ermənistan hakimiyyətinin danışıqlarda sabotajlığa əl atmaları çox primitiv üsullardır".
İ.Məmmədov əlavə edib ki, Azərbaycanın iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi altında dünyaya inteqrasiyamız başqa bir istiqamətdə gedir: "Ancaq Ermənistan dövlətinin gecə və gündüz yatıb-durduğu fikirləşdiyi bir şey var o da ki hansı üsullarla bu sabotajı, münaqişə ocaqlarını alovlandırmaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB