Şahin İsmayılov: “AŞPA-nın qərarını qınayırıq” AÇIQLAMA

Şahin İsmayılov: “AŞPA-nın qərarını qınayırıq” AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qərarı təşkilatda islamofob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Onların bu qərarı tamamilə siyasi bir qərardır". Bunu SİA-ya açıqlamasında millət vəkili Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Türkiyədə keçirilən referendumun nəticələri və orada insanların bu referenduma hə deməsi avropalıların siyasi planlarına düz gəlmir: "Təbii ki, onlar da buna görə çalışırlar ki, Türkiyə hökumətinə və dövlətinə müxtəlif təzyiqlər göstərsinlər. Təbii ki, Türkiyə regionun ən güclü dövlətlərindən biridir. Rəsmi Ankara regionda baş verən proseslərə bilavasitə təsir göstərə bilir. Bildiyiniz kimi, həmin region da hazırda olduqca gərgin vəziyyətdədir. Türkiyə dövləti bu proseslərdə yaxından iştirak edərək öz dövlətçilik mövqeyində olduqca düzgün mövqedən çıxış edir. Türkiyə demokratik bir dövlətdir. Orada baş verən proseslər, ölkənin siyasi həyatı Azərbaycanın siyasi həyatı ilə çox bağlıdır. Türkiyə bizim ən yaxın tərəfdaşımızdır. Təbii ki, biz yaxın tərəfdaş, qardaş ölkə olaraq AŞPA-nın bu qərarını qınayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə