Musa Quliyev: “AŞPA bəzi dövlətlərə qarşı ikili standartlar irəli sürür” AÇIQLAMA

Musa Quliyev: “AŞPA bəzi dövlətlərə qarşı ikili standartlar irəli sürür” AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, AŞPA bəzi dövlətlərə, xüsusən müsəlman dövlətlərinə qarşı ikili standartlar irəli sürür: "AŞPA-nın, Avropa Birliyinin zaman-zaman Azərbaycana qarşı da qərəzli mövqeyinin şahidi olmuşuq. Bu gün Türkiyəyə qarşı onların irəli sürdükləri siyasi tədbirlərin heç əsası yoxdur. Bu hüquqa ziddir və dövlətin daxili işinə qarışmaqdır. Həmçinin bu, dövlətə qarşı siyasi təzyiq metodudur. Hesab edirəm ki, onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə güclü dövlətdir. Türkiyədə xalqla dövlət rəhbərinin, liderinin çox sıx birliyi vardır. Həmçinin Türkiyənin Azərbaycan kimi dostları vardır".

M.Quliyev əlavə edib ki, rəsmi Ankara heç vaxt təklənməyəcək: "Türkiyə öz inkişafını, demokratiyasını davam etdirəcək və dövlətini möhkəmləndirəcək. Bundan öncəki sanksiyalarda olduğu kimi, yenə Avropa dövlətləri Türkiyəyə qarşı səhf etdiklərini anlayacaqlar. Buna görə də biz hər zaman ədalətin, haqqın yanındayıq. Bu gün də belə mövqedə olanları pisləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə