"Avropada yenidən “Hələb yürüşü” təfəkkürü güclənməkdədir" MÖVQE

"Avropada yenidən “Hələb yürüşü” təfəkkürü güclənməkdədir" MÖVQE

"Avropa Şurasının Türkiyə ilə bağlı qəzəli qərarının arxasında qardaş ölkənin müstəqil siyasət həyata keçirməsi dayanır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Türkiyənin 60 ildən artıqdır ki, Avropa İttifaqına üzv seçilmək üçün müraciət etdiyini deyən deputat qeyd edib ki, uzun illər keçməsinə baxmayaraq, hələ də məsələ müzakirə mövzusu olaraq qalır: "Bu müddət ərzində Türkiyədən həm iqtisadi, həm də demokratik təsisatları zəif olan ölkələr belə Avropa İttifaqına daxil olub. Çox təəssüf ki, Avropada yenidən "Hələb yürüşü" təfəkkürü, anitisemitizm güclənməkdədir. Avropada yəhudilərə qarşı çox xoşagəlməz hadisələr baş verir, müsəlmanlarla bağlı isə ictimai rəydə mənfi fikirlər formalaşdırılır. Bunun özü çox təhlükəli prosesdir. Əgər Avropa Berlin divarlarına bənzər yeni divarlar inşa edəcəksə, bu, nəticə etibarilə mənfi hadisələrə təkan verə bilər".

Azərbaycanın əməkdaşlığa hər zaman açıq ölkə olduğunu vurğulayan A. Mollazadə söyləyib ki, bu gün ölkəmiz, eləcə də qardaş ölkə Türkiyədə yeni qlobal proseslərdə liderlik funksiyasını daşıyır: "Əgər bizə qarşı "Hələb yürüşündən"irəli gələn siyasət olarsa, bu siyasəti yürüdənlər uduzacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə