Politoloq: “Beynəlxalq təşkilatlar Ermənistana ciddi təsir etməlidir” AÇIQLAMA
"Ermənistanın hər ilin 24 aprelini özünə "soyqırımı günü" qeyd etdirmək cəhdi hər zaman boşa çıxır, çünki qondarma soyqırımını heç bir ciddi təşkilat və dövlət qəbul edə bilməz". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bu cür sərsəm anım günlərinə görə Ermənistana ciddi təsir etməlidir: "Xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədr olan ölkələri. Çünki bu kimi addımları və iddiaları ilə həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur, həm də Türkiyə ilə arzuladıqları münasibətin üstündən xətt çəkmiş olurlar. Göründüyü kimi, ABŞ prezidenti Donald Tramp da digər sələfləri kimi soyqırımı sözünü işlətmədi. Həqiqətə uyğun olmayan və qondarma bir soyqırımını dünyanın diqqətində saxlamağa cəhd etməklə Ermənistan yalnız özünə zərər vermiş olur, çünki onların hər zaman arzuladıqları Türkiyə ilə normal münasibətlərin bərpa olmasıdır. Ancaq Ermənistan tərəfi bu qondarma soyqırımı xülyasından əl çəkməsə, işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmasa, onların bu arzuları elə arzu olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB