Raqif Abbasov: “Ermənistanın ideologiyası faşist düşüncələrinə əsaslanır” AÇIQLAMA
"Azərbaycanın tarixi torpaqları üzərində qurulan Ermənistanın ideologiyası faşist düşüncələrinə əsaslanır. Onların qondarma erməni soyqırımı uydurmaları da dünyanı aldadan yalan ideoloji düşüncədir. Ermənilər bu düşüncədən geri çəkilmək fikrində deyillər. Çünki onlar bu yalanlardan əl çəksələr, Ermənistanın ideoloji aparatı tam iflasa uğrayacaq". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, qondarma erməni soyqrımından türk dünyasına təzyiq mexanizmi kimi istifadə olunur: "Türkiyə ən yüksək səviyyədə bəyan edir ki, arxivlərin açılmasına hazırdır. Erməni tərəfi isə buna getmir. Onlar müxtəlif yollar, xristian həmrəyliyi ilə bəzi ölkələrin parlamentlərində qondarma erməni soyqrımını tanıtdırmağa nail olublar. Zaman-zaman bundan dünyanın aparıcı dövlətləri də təzyiq mexanizmi kimi faydalanırlar. Ancaq zaman gələcək erməni xalqı özü də Ermənistan rəhbərliyi və onların ideologiyasına cavab verən şəxslər tərəfindən aldandıqlarını dərk edəcəklər. Çünki arxivlərdə əsl həqiqətlər mövcuddur və nə zamansa üzə çıxarılacaq".
Baş İdarə rəisi bildirib ki, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının video və foto faktları, canlı şahidləri olduğu halda hələ də dünyada bu soyqrımına yetərincə qiymət verilmir: "Xocalı soyqrımını təsdiq edən güclü faktlar qarşısında bu faciəni inkar etmək qeyri-mümkündür. Ancaq ermənilər hələ də bunu qəbul etmirlər. Özləri isə heç bir fakt, dəlil olmadan yalan məlumatları dünyaya yaymağa çalışırlar. Ona görə Xocalı həqiqətlərinin dünyaya daha çox tanıdılması üçün Azərbaycan müxtəlif normativ sənədlər, parlamentlərarası əlaqələr, beynəlxalq tədbirlər, forumlar, media vasitəsi ilə həqiqələtləri dünyaya daha geniş şəkildə çatdırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB