Politoloq: “Ermənistan qeyri-adekvat bəyanatlarla danışıqları pozur” MÜNASİBƏT

Politoloq: “Ermənistan qeyri-adekvat bəyanatlarla danışıqları pozur” MÜNASİBƏT

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü mütəmadi keçirilir". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, nazirlərin mayda gözlənilən görüşü də müntəzəm keçirilən görüşlərdən biridir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial məsələlər üzrə ortaq məxrəcə gəlmək çətin məsələdir. Ermənistan tərəfi son aylar ərzində qeyri-adekvat bəyanatları ilə danışıqlar prosesini pozur.

ATƏT-in Minsk qrupunun üzvləri BMT və digər beynəlxalq təşkilatların çıxardıqları qərarlar əsasında İrəvana təzyiq etməlidirlər. Bununla da Rusiya, ABŞ və Fransa zərər dəymiş beynəlxalq imiclərini düzəltmiş olardılar. Lakin, hal-hazırda beynəlxalq güclər tərəfindən Ermənistana təzyiq istisnadır".

Bütün xəbərlər Facebook səhifəmizdə