Səbuhi Abbasov: “Qadağaların tətbiq olunacağı inandırıcı görünmür" AÇIQLAMA

Səbuhi Abbasov: “Qadağaların tətbiq olunacağı inandırıcı görünmür" AÇIQLAMA

"Sosial şəbəkə informasiya-kommunikasiya texologiyalarının son inqilabı hesab edilir. İlkin mərhələdə sosial şəbəkə sırf insanlar arası innovativ ünsiyyət metodu hesab edilirdi. Zaman keçdi İKT-nin bu kəşfi də öz funksiyasını dəyişdi. Sosial şəbəkə inqilabi hadisə kimi deyil, inqilabı yetişdirən faktor kimi tanınmağa başladı". Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bugün dünyada sosial şəbəkələr həm də ən müxtəlif siyasi prosesləri idarə etmək üçün istifadə edilir: "Bir insan bəzən 100 profil yaradaraq istədiyi şəxsi və ya təşkilatı tez bir zamanda hədəf seçə bilər. Çin, İran və bu kimi ölkələr problemdən yaxa qurtarmaq üçün bu tip sosial şəbəkələrin ölkə ərazisində yayımlanmasını qadağan ediblər. Lakin Azərbacanda internet tam azad olduğuna görə bu kimi qadağaların tətbiq olunacağı inandırıcı görünmür. Bu mənada saxta profil açan şəxslərin cərimlənməsi olduqca vacibdir. Yalnız belə olan təqdirdə hər kəs özünə aid olan prosesi öz şəxsi profili vasitəsi ilə paylaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə