YAP Ağsu rayon təşkilatının IX konfransı keçirilib FOTOLAR

15 aprel 2017-ci il tarixdə YAP Ağsu rayon təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə qızıl gül dəstələri qoyublar.

Sonra Ağsu rayon Mədəniyyət sarayında davam edən tədbirdə gündəliyə uyğun olaraq təşkilatın sədri Əli Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Yarandığı ilk gündən Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını Heydər Əliyevin partiyası kimi tanıdı. Artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün cənab İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. YAP-ın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun qarşısında şərəfli missiya dayandığını söyləyən Prezident İlham Əliyevin bu fikirləri Yeni Azərbaycan Partiyasının fəaliyyətinə verilən yüksək qiymətdir: "Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və bundan sonra da bunu edəcəyik."

Əli Hüseynov bildirib ki, 19 noyabr 1993-cü ildən fəaliyyət göstərən YAP Ağsu rayon təşkilatı ötən 24 ildə böyük inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirmiş, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. Təşkilat VIII konfransdan ötən müddətdə fəaliyyətini daha da canlandırıb, partiya üzvlərinin sayı xeyli artıb.

Bildirilib ki, hazırda YAP Ağsu rayon təşkilatı öz ətrafında 91 ərazi ilk partiya təşkilatını birləşdirir. Rayon təşkilatının üzvlərinin sayı 5328 nəfərdir. Partiya üzvlərinin 30 faizini gənclər, 39 faizini isə qadınlar təşkil edir. VIII konfransdan hazırkı dövrə qədər təşkilatın sıralarına 1022 nəfər üzv qəbul edilib ki, onların da 575 nəfərini gənclər, 349 nəfərini isə qadınlar təşkil edir. YAP Ağsu rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sferalarda fəal iştirak edirlər.

YAP Ağsu rayon təşkilatının Qadınlar Şurası 2037 nəfər üzvü, Gənclər Birliyi isə 1203 nəfər üzvü öz ətrafında birləşdirir.

Nəzarət-təftiş Qrupunun sədri Araz Rəhimov çıxışında VIII konfransdan keçən dövrdə təşkilatın sıralarında, ətrafında birləşdirdiyi ərazi ilk partiya təşkilatlarında baş verən yeniliklər, partiya fəallarının üzvlük haqlarının yığılması prosesində fəal iştirakı barədə ətraflı məlumat verib.

Məruzə ətrafında çıxışlarda YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyeva, YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, Ağsu rayon Təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Tahir Xası, Qarabağ Muharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Ağsu rayon sobəsinin sədr muavini A.Q.Qənbərov, YAP üzvü Cavan Cavadov, Ağsu şəhər 3 saylı tam orta məktəbin müəllimi Rəhilə Musayeva çıxış ediblər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ölkəmizin son dərəcə çətin sinaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs edib. YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilib. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda beynəlxalq aləmdə yeri və rolunu artırmışdır. Beləliklə, YAP-ın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edib, yüksəlib."

A.Mirzəzadə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının fəaliyyətinə yüksək qiymət verdi, Ağsu rayonunda aparılan abadlıq quruculuq işlərindən razılıq hissi ilə danışıb.

YAP Ağsu rayon təşkilatının İdarə Heyətinin üzvü, Ağsu rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır.

Sonra təşkilati məsələlərə baxıldı. Əli Abbas oğlu Hüseynov yenidən YAP Ağsu rayon təşkilatının sədri seçilib. 37 nəfərdən ibarət Şura, 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupunun tərkibi təsdiqlənib.

YAP Ağsu rayon təşkilatının 17 nəfərdən ibarət İdarə heyətinin tərkibi təsdiq olundu, sədr müavinləri seçilib.

Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə