Zakir Həsənov Vitezslav Pivonka ilə görüşüb

Aprelin 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb. Görüşdə, həmçinin Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...