Politoloq: “Ermənistan başqalarının cibindədir” AÇIQLAMA

Politoloq: “Ermənistan başqalarının cibindədir” AÇIQLAMA

"Ermənistanın Dağlıq Qarabağda keçirdiyi qondarma "referendum" və ölkəsində təşkil etdiyi saxta parlament seçkiləri başdan sona qədər qanun pozuntuları ilə keçdi. Bütün beynəlxalq müşahidəçilər, ATƏT nümayəndələri, hətta Rusiyadan və Ermənistandan olan müşahidəçilər də çoxlu qanun pozuntularının olduğunu bildirdilər. Ermənistanın Mərkəzi Seçki Komissiyası isə 5 dəfə azaldaraq 200-ə qədər qanun pozuntuları olduğunu açıqladı. İri cinayət istiqamətli qanun pozuntularını nisbətən yüngül müstəviyə keçirməyə çalışdılar. Bütün hallarda Ermənistandakı seçkilər birmənalı şəkildə Serj Sarkisyan tərəfindən total olaraq saxtalaşdırıldı". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, müxalifət Ermənistanda seçkidən sonra küçə mitinqləri, silahlı qarşıdurma yaranarsa, Sarkisyan rejiminin dövlətin təhlükəsizliyi adı altında bütün opponentlərini, müxalifəti aradan çıxaracağını görüb başqa varinant seçib: "Hazırda Ermənistanda baş verənlər haqqında Levon Ter-Petrosyan və digərləri hətta heç kimin demədiklərini də deyirlər. Azərbaycanın apardığı informasiya müharibəsi və cənab Prezidentimizin göstərişi ilə xarici siyasətdə hücum diplomatiyasına keçməsi Ermənistanı acınacaqlı vəziyyətə salıb. Dövlətimiz ötən ilin aprel döyüşlərində də göstərdi ki, lazım gələrsə, Azərbaycan güclü hərbi vasitə ilə də düşməni məhv edə bilər. Cinayətkar Sarkisyan rejimi insanları artıq bezdirib. Ermənistan birmənalı şəkildə daxildən parçalanıb.Orada daxili birlik yoxdur, daxili qarşıdurma son həddədir. Ermənistan başqalarının cibindədir. Düşmən ölkə, xüsusən Rusiyanın vassalı statustunda çıxış edir. Beynəlxalq aləmdə Ermənistanı işğalçı dövlət kimi qəbul etməyə başlayıblar".

Politoloq vurğulayıb ki, Azərbaycanda Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımız bir daha Dağlıq Qarabağ müqnaqişəsində Azərbaycanın öz fikrindən dönməyəcəyini bəyan edib: "Cənab Prezidentimizin başçılığı ilə Azərbaycan situasiyadan asılı olaraq həm hərbi güc, həm də iradə siyasəti ilə Ermənistanı küncə sıxışdırıb. Yaxın gələcəkdə dövlət başçımızın yürütdüyü iradəli xarici siyasət öz müsbət bəhrəsini verəcək. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə