Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs veriblər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı səs veriblər

Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs veriblər.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərib. Qeyd edək ki, Azərbaycanda altı mindən çox türkiyəli seçici qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə