Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"7 apreldə Türkiyənin təşəbbüsü ilə Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Nazirlər hərbi və mülki vətəndaşların ölümü ilə nəticələnən ABŞ-ın hücumu da daxil olmaqla Suriyadakı vəziyyəti müzakirə ediblər. Lavrov vəziyyəti daha da gərginləşdirəcək aqressiv hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb. Tərəflər bölgədəki faciəli hadisələrin və terror təşkilatları tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktının obyektiv və tərəfsiz şəkildə istintaqa cəlb edilməsinin əhəmiyyətini qeyd ediblər", - deyə Nazirliyin açıqlamasında qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB