Millət vəkili Zahid Oruc parlamentdə çıxışı zamanı Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib. SİA-nın xəbərinə görə, deputat bildirib ki, Türkiyədə Azərbaycan qadınları ailə qurduqdan sonra Azərbaycan vətəndaşlığından məhrum edilirlər: "Çünki qanunvericiliyimiz ikili vətəndaşlığı qadağan edir. Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər. Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik, ona qədər isə qanun daha liberal idi. Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Bu baxımdan Miqrasiya Məcəlləsinə yenidən baxmağı təklif edirəm".
Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın fikirləri ilə razılaşmayıb: "Azərbaycan Konstitusiyasına görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə "Vətəndaşlıq haqqında" qanuna görə kimsə başqası ilə evlənirsə, onun vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir. Gəlin çıxışlarımızı elə edək ki, polisə dəstək olaq. Çünki polisin işi çoxdur və o bir çox sahələr qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz. Ona görə çıxışlarımızda yenilik olsa yaxşı olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB