"Ümumrusiya Azərbaycan Konqresinin bağlanması bizim üçün yaxşı olmayan haldır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Rus icmasının sədri Mixail Zabelin Parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.
Azərbaycanda rus icmalarının olduqca rahat və fəal fəaliyyət göstərdiyini deyən M. Zabelin bu məsəslənin ciddi narahatlıq doğurduğunu dilə gətirib: "Azərbaycanda 16 000 tələbə rus dilində ali təhsil alır. Rusiyadakı Ümumrusiya Azərbaycan Konqresi daim fəal, qanunauyğun şəkildə fəaliyyət göstərib. Son həftə ərzində Dumanın deputatları ilə bu məsələ ilə bağlı sıx əlaqə saxlayıram. Bu məsələ bizi ciddi narahat edir. Əminəm ki, Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciətin nəticəsi Azərbaycan xalqının tərəfində olacaq, və azərbaycanlıların qələbəsi ilə bitəcək".
Spiker Oqtay əsədov isə bildirib ki, rus icmasının sayı Cənubi Qafqazda ən çox Azərbaycandadır: "Cənab Zabelin siz məktubla Rusiya Ədliyyə Nazirliyinə müraciət edin və bunu onlara bildirin. Pis qüvvələrin yaxşı qüvvələrə qalib gəlməsinə imkan verməməliyik".
Deputat M.Zabelin isə qeyd edib ki, onlar artıq müraciəti hazırlayıb göndəriblər və əmindir ki, bu nəzərə alınacaq.
"Ümumrusiya Azərbaycan Konqresinin bağlanması bizim üçün olduqca yaxşı olmayan stiuasiyadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB