Azərbaycan Prezidenti İlham Əliyev bu il Ukraynaya səfər edəcək. SİA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib. O bildirib ki, hazırda iki ölkənin prezident administrasiyaları tərəfindən səfərə hazırlıq görülür: "Ukrayna Azərbaycan Prezidentini qəbul etməyə hazırdır". Diplomat əlavə edib ki, iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş tapşırıqların 75 faizi yerinə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB