Ermənistanın hakimiyyət kuluarlarında əsas müzakirə ÖLKƏDƏ “KK” HÖKUMƏTİ FORMALAŞIR?
"Ermənistan hakimiyyətinin kuluarlarında əsas mövzu kimin parlamentdə sədr və sədr müavini olması ətrafında gedən söhbətlərdir". SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır. Erməni qəzetinin yazdığına görə, Serj Sarkisyan bu məsələ ilə bağlı hələlik heç nə bəyan etməyib. Belə ki, hakim "Respublika" partiyası seçim üçün vaxtın olduğunu deyirlər.
Lakin adıçəkilən qəzet bəzi ehtimalları da verib. Erməni mətbu orqanının yazdığına görə, namizədlərdən biri "Taşir" şirkətinin sahibi Karen Karapetyandır. O, seçkilərdə partiya üçün 44 min 255 səs toplayıb: "Əgər belə olarsa, Ermənistan parlamentində "KK" (Karen Karapetyan) hakimiyyəti formalaşacaq. "Həm baş nazir, həm də parlament sədri".
Qəzet eyni zamanda yazır ki, Karapetyan parlament sədri vəzifəsindən imtina da edə bilər: "Lakin bunun yerinə "Respublika" partiyasının seçkiöncəsi təbliğatını aparan Armen Aşotyanın marağı var. Amma mümkündür ki, o partiyanın parlamentdəki fraksiyasının rəhbəri seçilsin".
"Parlamentin vitse-sədrlərindən biri qadın olmalıdır"-deyə yazan "Hraparak" qeyd edir ki, hakim partiyada bu məsələ də dəqiləşdirilməyib: "Deyilənlərə görə, bu posta "Respublika" partiyası ilə koalisiyada təmsil olunan "Daşnaksyutun"un deputatı Armenui Kuregyan namizəd ola bilər, ancaq o belə məsələlərdə təcrübəsizdir".
"Üçincü vitse-sədrin isə "Tsarukyan" blokundan deputat seçilmiş İşxan Zakaryanın olacağı ehtimal edilir"-deyə erməni nəşri yazır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB