Xələf Xələfov MDB Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq
Azərbaycanı Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə SİA-ya Azərbaycan XİN-dən məlumat verilib.
Aprelin 7-də Daşkənddə keçiriləcək iclas MDB-nin Dövlət və Hökumət başçıları şuralarının iclaslarına əsas hazırlıq mərhələlərindən biridir. İclasın gündəliyinə 16 sənəd layihəsinin müzakirəsi daxildir. İştirakçılar, həmçinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ticati-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB