Qazaxıstanlı tələbə axtarılır MÜƏMMA

Qazaxıstanlı tələbə axtarılır MÜƏMMA

Sankt-Peterburq metrosundakı partlayışda 20 yaşlı qazaxıstanlı tələbə Maksim Arşevin əlinin olması barədə yayılmış informasiyada qeyd olunur ki, partlayış zamanı o, metroda olub və hadisədən sonra yoxa çıxıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan DİN-nin mətbuat katibliyinin rəhbəri Anuar Jaynakovun "facebook"da yazdığı fikirlərini "İnterfax" yayıb.

O, yazıb ki, bu amili nəzərə alaraq Arışevin terror törətməkdə ittiham edilməsi vaxtından əəvvəl verilmiş qərardır: "Hesab edirəm ki, Maksim Arışevin Sankt-Peterburqdakı teraktda iştirakı olması barədə fikir yürütmək tezdir. Onun axtarışları davam edir".

Qeyd edək ki, daha öncə bir sıra KİV-lər Qazaxıstan vətəndaşının aprelin 3-də Santk-Peterburq metrosunda törədilən terror aksiyasında əlinin olması barədə informasiyalar yayıblar. Lakin Qazaxıstanın hüquq-mühafizə orqanlarının rəsmisi Anuar Jaynakov bildirib ki, KİV-lərdə yayılmış şəkillərdə Arışevin olması barədə iddialar həqiqət deyil və fotonun ona aidiyyatı yoxdur.

O, həmçinin bildirib ki, bazar ertəsi yerli vaxtla saat 21:06-da Qazaxıstanın Sankt-Petrburqdakı baş konsuluna Almatıdan Maksim Arışevin anası İrina Arışeva zəng edib. O, KİV-lərdə yayılmış informasiyalarda Sankt-Petrburqun İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsi Maksim Arışevin terror aktında iştirak etməsi iddialarından sonra konsulla əlaqə saxlayıb. İrina Arışeva deyib ki, partlayışdan sonra oğlu ilə telefon bağlantısı qura bilmir.

"Arışev Sankt-Petrburqda bacısı və qaynı, eləvə də sevgilisi ilə birgə yaşayır. Qohumlarının dediklərinə görə, Maksim sonuncu dəfə aprelin 3-də yerli vaxtla saat 14:30-da əlaqə saxlayıb və deyib ki "Texnologiçeskiy institut" stansiyasından "Sennaya ploşad" stansiyasına dərsdən evə - nahar etmək üçün geri qayıdır".

Anuar Jaynakovun sözlərinə görə, hazırda Qazaxıstanın Sankt-Petrburqdakı baş konsulu terror aktı nəticəsində həyatlarını itirmiş insanların tanınma prosesinə qatılıb lakin onların arasında Qazaxıstan vətəndaşının olmaması müəyyən edilib.

Xatırıladaq ki, Arışevin terrorçu kamikadze də olduğu iddialar arasındadır.

Son məlumatlara görə, metroda törədilmiş terror aksiyası nəticəsində 11 insan həlak olub, onlardan 51 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə