Sarkisyan müdafiə naziri olmaq istəyir “Aykakan jamanak”

Sarkisyan müdafiə naziri olmaq istəyir “Aykakan jamanak”

Prezidentlik səlahiyyəti başa çatdıqdan sonra Serj Sarkisyan Ermənistanın müdafiə naziri olmaq istəyir. SİA-nın məlumatına görə, bu barədə "Aykakan jamanak" nəşri yazıb. Məlumatda qeyd edilib ki, bu, artıq onun tərcümeyi-halında üçüncü dəfə baş verəcək. O da vurğulanıb ki, Sarkisyan Qarabağdakı erməni hərbçilərinin qarşısında çıxışı zamanı bunu istədiyini vurğulayıb.

"... Bu günlərdə növbəti beş ildə Ermənistanın inkişafı üçün sükanın kimə etibar edilməsi müzakirə olunarkən hər kəs özünə müdafiə sahəsində inkişafı kimin təmin edə biləcəyinə dair sualı verməyə də borcludur", deyə qəzet Sarkisyanın çıxışından sitat gətirib. Qeyd edək ki, yazıda Sarkisyanın 2018-ci ildən sonra müdafiə naziri olmaq istədiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə