Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən qatıldığı özəl televiziya kanalının canlı yayımında Respublikanın qurucu lideri Mustafa Kamal Atatürk haqda maraqlı ifadələr işlədib. SİA- nın məlumatına görə, İsveçrədə qalmaqallı Ərdoğan plakatı üzrə istintaq işi başladılıb. Aparıcının qarşıdakı referendumla bağlı verdiyi sualları cavablandıran Ərdoğan, Atatürkdən də misal çəkib. Almaniyanın məşhur Bild qəzetinin dünənki "Atatürk yaşasaydı, referenduma yox deyərdi" manşetini dəyərləndirən Ərdoğan Almaniyaya sərt açıqlama verib.
"Onlar Atatürklə harada görüşüblər? Onun ruhu ilə danışırlar? Yoxsa Atatürkün yaddaş qeydlərini oxuya bilmə bacarıqları var? Mən tam əksini düşünürəm. Mustafa Kamal referendumun qəbuluna müsbət yanaşardı. Çünki o, bizim etmək istədiyimizi etdi. İsmət İnönü ilə yola getmədi. Halbuki onun ən yaxın dostu idi. Çünki İsmət İnönü Atatürk kimi böyük düşünmədi" - Ərdoğan deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB