ABŞ-ın rus hava nəqliyyatı sənayesinə və bəzi başqa şirkətlərə sanksiya tətbiq etməsi məyusedicidir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Feysbuk səhifəsində yazıb. "Əlbəttə, bu yeni sanksiyalar bizim üçün ciddi bir problem yaratmayacaq, lakin ABŞ sanksiyaları hansı səbəbdən tətbiq etdiyini belə açıqlamadı. Bu addım ABŞ-ın terrorla mübarizə haqda səsləndirdiyi fikirlərə tamamilə ziddir. ABŞ bu addımla bütün ölkələr üçün təhdid olan İŞİD-i və digər terror təşkilatlarını yox etməyə hesablanmış çoxtərəfli əməkdaşlığa zərbə vurur. Rəsmi Vaşinqton bir daha göstərdi ki, Rusiya ilə işbirliyini pozmaq istəyir", - Zaxarova bildirib. Xatırladaq ki, ABŞ Rusiyanın aşağıdakı şirkət və təhsil müəssisələrinə sanksiya tətbiq edib:
"Rosboroneksport", "Aviaeksport", "Maşınqayırma Konstruktor Bürosu", "Bazalt", Marşal Buqayev adına Ulyanovsk Mülki Aviasiya İnstitutu, Ural Milki Aviasiya Təlim Mərkəzi, Jukov və Qaqarin adına Hərbi Hava Akademiyası, 150-ci Aviasiya Təmir Zavodu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB