Əfqanıstanda terror 9 ÖLÜ

İlkin məlumatlara görə, Əfqanıstanda törədilmiş terror olayı nəticəsində hüquq-mühafizə orqanlarının 9 əməkdaşı həlak olub. SİA-nın məlumatına görə, bu barədə TASS agentliyi xəbər verir. Qeyd olunur ki, terror aksiyasını "Taliban" qruplaşmasına keçən polis törədib.

İnsident Əfqanıstanın şimalında baş verib. Hadisənin digər təfərrüatları barədə məlumatın olmadığı bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə