ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısını özünəməmxus şəkildə təsvir edərək deyib ki, Vladimir Putin sındırılması çətin olan "möhkəm yerfınığıdır".
SİA-nın məlumatına görə, Tramp bunu "Fox News" telekanalına müsahibəsində deyib. "Mən onu yaxından tanımıram, ancaq çox yəqin ki, o möhkəm yerfındığıdır. Mən onun Rusiya üçün də nə etdiyini bilmirəm, ancaq hesab edirəm ki, nə zamansa bunu öyrənəcik"-deyə amerikalı prezident müsahibəsində jurnalistin rusiyalı həmkarı barədə nə düşündüyü barədə sualını cavablandırarkən bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB