Beynəlxalq birlik Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi və problemin həlli üçün əlindən gələni etməlidir. SİA-nın məlumatına görə, bunu Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski deyib. O billirib ki, bu, münaqişənin həllində birinci addım olacaq. Sabiq prezident əlavə edib ki, Polşa və Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf edib, xüsusilə diyadi-iqtisadi sahədə: "Rəsmi Varşava Azərbaycan vasitəsilə enerji resurslarını diversifikasiya etdirmək istəyir. Biz iqtisadi münasibətlərimizi uğurla inkişaf etdiririk və 25 il əvvəl əsası qoyulmuş siyasi kursu davam etdiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB