Almaniyanın Köln şəhər rəhbərliyi orada yaşayan erməni icmasının "erməni soyqırımı" memorial adibəsinin ucaldılmasına razılıq verib. SİA-nın məlumatına görə, bu barədə "rusarminfo" saytı yazıb. Qeyd olunur ki, qərar şəhər şurasının iclasında səs çoxluğu ilə qəbul edilib.
Erməni saytının yazdığına görə qondarma soyqırımı abidəsi xaç şəklində olacaq və onun üzərində "1915-1916-cı illərdə Osmanlı imperiyasında genosid qurbanlarına xatirə" sözləri yazılacaq. Dırnaqrarası abidə Kölndə yerləşən Lembayer Veq erməni qəbirstanlığında ucaldılacaq.
Xatırladaq ki, son günlər Almaniya, İsveçrə, Hollanndiya və s. Avropa ölkələri Türkiyəyə qarşı antipatiya hisslərini sərgiləyərək aşkar şəkildə irqçilik, islamofob davranışları ilə yadda qalmaqdadırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB