Jurnalistlər döyüldü VİDEOFAKT

İrəvanın 4-cü Nirk massivində fəaliyyət göstərən idman məktəbinin binasında parlament seçkilərində iştirak edəcək müxalifətyönlü "Yelk" blokunun nümayəndələri ilə məktəb əməkdaşları arasında insident baş verib. SİA Ermənistanın 1.in.am saytına istinadən xəbər verir ki, deputat Nikol Paşinyana məktəb ərazisinə daxil olmağa icazə verilməyib. Belə ki, məktəbin daxilində digər namizəd Artur Mamoyanın qeyri-qanuni şəkildə təbliğat-təşviqat şəkilləri vurulub. Məktəbin texniki personalı Paşinyanı və yanındakı jurnalistləri görən kimi Mamoyanın şəkillərini gizlətməyə çalışıblar. Lakin jurnalistlərin sözügedən faktı qeydə aldıqlarını gördükdən sonra onlara və "Yelk" blokunun nümayəndələrinə hücum edərək döyüblər

Digər tərəfdən, məktəbin direktoru olan Mamoyan hakimiyyətyönlü "Sarukyan" blokunun namizədidir və Ermənistan qanunvericiliyinə görə, təbliğat-təşviqat plakatları binaların daxilində vurulmamalıdır.

Qeyd edək ki, Nikol Paşinyan məhz bu ərazidən seçkilərə qatılacaq.

Videoya bu linkdən daxil ola bilərsiniz.

http://ru.1in.am/1184208.html

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə