Bakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyətinin və NATO/ABŞ ekspert qrupunun iştirakı ilə "Strategiya və qüvvə planlaşdırılması" və "Əməliyyatların hazırlanması və planlaşdırılması" mövzularında seminarlar keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, seminarlarda akademiyanın "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə" kursunun professor-müəllim heyəti və dinləyiciləri ilə ekspert qrupu arasında milli təhlükəsizlik strategiyaları və qüvvələrin planlaşdırılması mövzuları ətrafında müzakirələr aparılıb. Mövzulara dair mühazirələr dinlənilib. Akademiyanın rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə keçirilən seminarlarda bu ali hərbi təhsil ocağında və ABŞ Silahlı Qüvvələrinin Qərargah Kollecində əməliyyatların hazırlanması sahəsində brifinqlər təqdim olunub. Sonda NATO/ABŞ ekspert qrupu ilə DEEP çərçivəsində bu günədək görülən işlər və gələcək planlar müzakirə edilib.

.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB