Fatih Portakaldan Türkiyə dövlətinə növbəti xəyanət!

"Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir"
Fatih Portakaldan Türkiyə dövlətinə növbəti xəyanət!

SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, FOX TV-nin aparıcısı Fatih Portakal xain mövqeyi ilə yenidən gündəmə gəlib. Belə ki, Portakal son günlər Türkiyə-Hollandiya arasında yaşanan münasibətlərə toxunaraq Hollandiyanı müdafiə edib: "Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir".

F.Portakalın bu açıqlaması Türkiyədə böyük rezonansa səbəb olub, sosial mediada o, kəskin şəkildə tənqid edilib.

Xatırladaq ki, F.Portakal 2016-ci ilin aprel ayında cəbhə xəttində aparılan əməliyyatlar zamanı Ermənistanı müdafiə edərək Azərbaycanın da ünvanına yersiz fikirlər səsləndirmişdi. Eyni zamanda vaxtilə FOX TV-nin ekranlarından səslənən "İraqdakı türkmənləri PKK xilas etdi, türkmənlər PKK-ya minnətdar olmalıdır" ifadəsi də Portakala məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə