Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub. SİA TASS-a istinadən xəbər verir ki, onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib. Seçkilər bu ilin payızında keçiriləcək. Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır. 2009-cu ildən bu vəzifəni icra edən Bokova, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB