Takvim: “Referendum yaxınlaşdıqca, Avropa qudurur” İSVEÇRƏDƏN TÜRKLƏRƏ HƏYASIZ ŞƏRT+FOTO
"Avropa ölkələri Türkiyədəki referenduma sayılacaq günlər qalmış çirkin hücumlarına hər gün daha yenisini əlavə edir". SİA xəbər verir ki, bu barədə Türkiyənin "Takvim" qəzetində "Referendum yaxınlaşdıqca, Avropa qudurur" başlıqlı yazıda bildirilir. Qeyd olunur ki, 16 aprel referendumuna həftələr qalmış ətəyi alışıb-yanan Avropa ölkələri hər keçən gün yeni bir qalmaqala imza atır.
"Belə ki, bu dəfə İsveçrənin "Blick" qəzeti alçaqcasına bir üslubla Türki dilində manşet qoyub və "Xeyr" səsi verin deyərək, tərəfini açıq şəkildə bəlli edib"-deyə türk qəzeti "Takvim" adıçəkilən qəzetdəki yazını şərh edərkən qeyd edir.
Bildirilir ki, İsveçrənin beynəlxalq yayını hesab olunan "Blick" sözügedən manşetdən İsveçrədəki Türkiyə vətəndaşlarına həm türk, həm də alman dillərində çağırış edib.
""Blick" qəzeti Türkiyə dövlət rəhbərliyinə qarşı qərəzli və böhtançı çıxış edərək "Ərdoğanın diktatorluğuna "yox" deyin" tipli alçaq manşetlə əsl dərdlərinin nə olduğunu ortaya qoyub"-deyə "Takvim" yazır.
"Rəsmən türk vətəndaşlarına şərt qoydu" deyə ikinci başlığın altında isə bildirilir ki, sözügedən yazıda "İsveçrənin dünyanın ən azad ölkəsi" kimi önə sürülür və ölkədəki türk vətəndaşlara qarşı şərt irəli sürülür. "Burada yaşamaq istəyirsinizsə, bizim sizdən bəzi gözləntilərimiz olduğunu unutmayın. "Yox" deyin""-deyə İsveçrənin "Blick" qəzetinin təxribatçı çağırışlarını şərh edən "Takvim" qəzeti yazıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB