“Sarkisyanın səfəri münaqişənin həlli istiqamətində heç bir rol oynamayacaq” MÖVQE

“Sarkisyanın səfəri münaqişənin həlli istiqamətində heç bir rol oynamayacaq” MÖVQE

"Martın 6-da Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər etdi və həmkarı Fransua Ollandla bir sıra məsələləri müzakirə etdi. Sözsüz ki, ən əsas məsələlər içərisində birincisi Sarkisyanın aprelin 2-də parlament seçkiləri öncəsi vəziyyəti ona ətraflı izah etməsi və sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durumu müzakirə etməsi olduğunu düşünürəm. Diqqət yetirdinizsə, yenə "köhnə val, köhnə musiqi". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Sarkisyan hər dəfə olduğu kimi, yenə də çirkin niyyətindən əl çəkməyərək Qarabağ ərazisində Azərbaycan ordusu tərəfindən atəşkəsin pozulduğunu, regionda gərginliyin artmasında öz günahını qəbul etmədən Azərbaycan tərəfinin günahkar olması kimi açıq yalanı dilə gətirməkdən belə çəkinmədi: "Eyni zamanda bu həyasız adam öz havadarlarından biri olan Ollanda yaltaqlanmağı da unutmadı. Guya Fransa Minsk Qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsində "ədalətli" mövqe tutur. Hələ bir az da uzağa gedərək "Fransanın və şəxsən sizin Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətiniz böyükdür" sözlərini dedi.

Aydın məsələdir ki, Qarabağ münaqişəsinin bu qədər uzanmasında digər həmsədr ölkələr kimi Fransanın da çox böyük məsuliyyəti var. Əgər onlar istəsəydilər, çoxdan bu münaqişə öz həllini tapmışdı. Səfər sırf Sarkisyanın öz şəxsi maraqlarını təmin etmək və bundan sonra da bir çox məsələlərdə, xüsusən də Qarabağla bağlı mövqeyində Fransadan diplomatik, iqtisadi-siyasi dəstək istəməsi kimi başa düşülməlidir. Bu səfər Qarabağ məsələsinin həlli istiqamətində heç bir rol oynamayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə