Qarşıdan gələn V Qlobal Bakı Forumu əvvəlki forumlar kimi böyük uğurla keçəcək. Bunu Trend-ə Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma deyib. Onun sözlərinə görə, bu tədbir həmişə olduğu kimi siyasi xadimləri, alimləri, ekspertləri bir yerə toplayacaq və onlar günün vacib mövzularını, dünyada sabitlik və təhlükəsizlik məsələlərini müzakirə edəcək. Bu forum qlobal vəziyyətdə müsbət dəyişikliklərə yol açacaq.
Qeyd edək ki, "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu Diasporla İş Üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB