Martın 7-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon təşkilatının yaradılmasının 24 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq, 7 mart tarixinin hər bir partiya üzvü üçün əlamətdar gün olduğunu bildirib.
Rayon təşkilatının sədri Ümummilli Lider, Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, Azərbaycan xalqının və ziyalılarının təkidli xahişi ilə yaradılan bu partiya öz fəaliyyətində daim dövlətçilik maraqlarını üstün tutub, xalqının istək və arzularının əsl carçısına çevrilib. R.Göyüşov həmçinin partiyanın strukturunun formalaşmasından, rayon təşkilatlarının təsis olunmasından danışıb. YAP Binəqədi rayon təşkilatının ilk təsis edilən öncül rayon təşkilatlarından biri olduğunu vurğulayıb. Rayon təşkilatının yaradılmasından ötən 24 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən geniş danışan R. Göyüşov partiya üzvlərinin ölkə Prezidenti, YAP-ın Sədri Cənab İlham Əliyevin siyasi kursunu daim dəstəklədiklərini, təşəbbüskar olduqlarını, təşkilatın fəaliyyətində yaxından iştirak etdiklərini diqqətə çəkib. Rayon təşkilat sədri bu əlamətdar gün münasibətilə partiya üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədr müavini Füzuli İsmayılzadə Yeni Azərbaycan Partiyasının olduqca çətin və mürəkkəb tarixi şəraitdə yaradıldığını bildirib. 1993-cü ilin 7 mart tarixində YAP Binəqədi rayon təşkilatının təsis edilməsinin partiyanın fəaliyyətində, onun formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Rayon təşkilatının ötən müddət ərzində məqsədyönlü fəaliyyət göstərdiyini, partiya üzvləri ilə daha sıx əlaqələrin qurulması istiqamətində mühüm işlər gördüyünü bildirib.
Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva çıxış edərək dövlət başçısı, YAP-ın Sədri Cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışıb. O, Azərbaycanda gənclərin və qadınların hərtərəfli inkişafı, cəmiyyətdə özlərinə layiqli yer tutması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan, icra etdiyi proqramlardan danışıb.
Tədbirdə yekun nitqi ilə çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək bildirib ki, zamanın ağır sınaqlarından çıxmış, dövlətinin və xalqının maraqlarını ən ali maraqları hesab edən Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Bu gün YAP sıralarında 700 minə yaxın vətəndaşın təmsil olunduğunu bildirdən İ. Süleymanov bunun ölkə vətəndaşlarının dövlət başçısı, YAP-ın Sədri Cənab İlham Əliyevə gəstərdiyi yüksək etimadın göstəricisi olduğunu qeyd edib.
Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının 24 illiyi ilə əlaqədar təşkilatın ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə, bir qrup partiya fəalı Fəxri Fərmanla təltif olunub, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə partiyanın qadın üzvləri təbrik edilib. YAP sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə isə yeni partiya üzvlük vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB