Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə yeni üzv seçilib. SİA-nın xəbərinə görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Deputat İqbal Məmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü seçilib. Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB