PA rəsmisi: “Ermənistanın məkrli planları var” MÜNASİBƏT

PA rəsmisi: “Ermənistanın məkrli planları var” MÜNASİBƏT

Azərbaycan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanın son günlər cəbhə xəttindəki təxribatçı əməllərinə münasibət bildirib.

Məsələ ilə bağlı SİA-nın əməkdaşının sualını cavablandıran PA rəhbərinin müavini deyib ki, siyasətdə hər hansı bir hadisənin səbəbləri çox olur: "Amma mütəxəssislər, siyasətçilər onlardan yalnız birini ortaya qoyurlar. Düşünürəm ki, bu gün Ermənistan rəhbərliyi üçün belə təxribatların tez-tez törətmələrinin hansısa bir səbəbi də var. Hesab edirəm ki, bunu bir qədər gözləmək lazımdır. Ötən il Vyanada və Sank-Peterburqda təklif edildi ki, bundan sonra bu cür provokasiya xarakterli addımlar, təxribatlar olmasın və təmas xəttində sabitlik, sakitlik qorunub saxlanılsın. Bu əsas prinsp kimi irəli sürüldü. Amma buna baxmayaraq Ermənistan tərəfinin öz əməllərini davam etdirməsi onların hansısa bir məkrli planının olmasından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə