ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri Gerbert Makmaster "radikal islam terrorizmi" terminini dəstəkləmir. Onun sözlərinə görə, terror aktı törədən müsəlmanlar öz dinlərini düzgün dəyərləndirmirlər. New York Times nəşrinin yazdığına görə, Makmaster bu bəyanatı cümə axşamı günü Milli Təhlükəsizlik Şurasının əməkdaşları ilə ilk görüşü zamanı səsləndirib. O bildirib ki, "radikal islam terrorizmi" termini xeyir gətirmir və terrorçuların islamla əlaqəsi yoxdur.
Qəzet yazır ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın öz nitqlərində müntəzəm istifadə etdiyi ifadə ilə üst-üstə düşmür və sabiq prezident Barak Obamanın mövqeyinə daha yaxındır.
Ötən ilin sentyabrında Obama hərbi qulluqçularla görüşü zamanı çıxışlarında "radikal islam terrorizmi" söz birləşməsini işlətməkdən niyə çəkindiyini izah etmişdi. Onun fikrincə, bu təşkilatların üzvləri "islam terrorçuları" adlandırılsa, ABŞ-ın dünyadakı dostları və tərəfdaşları bunu "islam-terrorizmdir" kimi qəbul edə bilərlər. Belə olduğu halda isə terrorizmlə mübarizədə onların dəstəyini əldə etmək çətin ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB