Olland Trampdan küsüb SƏBƏBİ...

Olland Trampdan küsüb SƏBƏBİ...

Fransanın prezidenti Fransua Olland ABŞ-ın lideri Donald Trampa xatırlatma edərək, iki ölkə arasında yaxşı münasibətlərin saxlanılması əhəmiyyəti barədə danışıb. Bu barədə SİA Fransa mətbuatına istinadən məlumat verur.

"Dost ölkə haqqında pis danışmaq etimad göstərməmək anlamına gəlir. Mənim özüm heç vaxt dost ölkələr haqqında cüzi olsa belə mənfi fikirlər söyləmərəm. Bu baxımdan, ABŞ prezidentindən də xahiş edirəm ki, Fransaya qarşı pis danışmasın"-deyə Ollandın Parisdə kənd təsərrüfatı salonu açılışındakı fikirlərini AFR agentliyi yazır.

Qeyd edək ki, "Associated Press" agentliyi bir müddət öncə Tramp "çox əhəmiyyətli dostu olan Cimminin" beş ildir Fransanın paytaxtı Parisə səfər etmədiyini deyib və bunu belə izah edib ki, "Paris daha əvvəlki Paris deyil".

Fevralın əvvəllərində Luvrda hərbi patrula qarşı baş vermiş hücumdan sonra Tramp bəyan etmişdi ki, terrora cəhd Birləşmiş Ştatlar üçün xəbərdarlıqdır. "Fransa yenidən uçurumun astanasındadır. Amerika, bu məsələni araşdır və həll et!"-deyə həmin vaxt Tramp tvitter mikrobloqu şəbəkəsində yazmışdı.

"Xoşbəxtlikdən son aylarda amerikalı turistlər yenidən çoxs sayda Fransaya səfər etməyə başlayıblar. Onlar görürlər ki, ölkə hakimiyyəti insanların təhlükəsizliyinin təminatı üçün az iş görmür"-deyə Olland amerikalı həmkarının məlum ifadələrinə cavab olaraq qeyd edib.

"Müqayisə etmək istəməzdim, ancaq Fransada böyük miqdarda silah dövriyyəsi, eləcə də əlinə silah alaraq insan kütləsinə atəş açan adamlar yoxdur"-fransalı siyasi lider ABŞ-da bənzər hallara işarə edərək bildirib.

Olland bugünlərdə Trampla apardığı telefon danışığı barədə də xatırladaraq amerikalı prezidentin ona Parisi, Fransanı necə sevdiyini, eləcə də Fransadan daha gözəl ölkə tanımadığı fikirlərini səsləndirib.

Fransalı prezident əlavə edib ki, onun fikrincə, Trampın telefon danışığı zamanı dediyi fikirləri onun Fransaya olan əsl baxışıdır və əgər belə deyilsə, onda Tramp həqiqi mövqesini ortaya qoymalı və fikirlərini aydın şəkildə izah etməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə