Xarici işlər naziri Elmar Məmmədyarov mart ayında Moskvaya rəsmi səfər edəcək. SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusuf ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Moskvada həmkarı Sergey Lavrovla görüşəcək, ikitərəfli və regional məsələlər müzakirə ediləcək. Həmçinin, Dövlət Dumasında görüş gözlənilir. Nazir Moskvada Diplomatik Akademiyada çıxış edəcək. O bildirib ki, Qarabağ münaqişəsi bütün görüşlərdə müzakirə olunur: "Amma bu məsələdə çox nikbin deyiləm. Çünki Ermənistan rəhbərliyi pozitivliyə yer qoymur və Azərbaycanı günahlandırır. Rusiya Minsk qrupunun üzvüdür və danışıqları irəli aparmaq üçün hansı addımların atıla bilməsini müzakirə edəcəyik".
Nazir bildirib ki, münaqişənin həll yolu məlumdur, plan da masa üzərindədir: "Başa düşürük ki, münaqişəni bir gecədə həll etmək mümkün deyil. Amma ilk növbədə qoşunlar Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB