Qənirə Paşayeva: "Xocalı ilə bağlı muzey və informasiya mərkəzi yaradılsın" TƏKLİF
"Hər bir türk dövlətinə Xocalıların məhz türk olduqları bu faciə ilə üzləşməsi ilə bağlı müraciət etməliyik. Onlara faciə ilə bağlı etirafları da yazıb göndərməliyik". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan xristian ölkələrinə də müraciət edərək bildirməlidir ki, Ermənistan onların dinindən istifadə edərək necə vəhşilik törədib. Millət vəkili çıxışı zamanı Şəhidlər Xiyabanında Xocalı ilə bağlı abidənin qoyulması təklifini irəli sürüb: "Azərbaycana gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Lakin yaxşı olar ki, orada Xocalı ilə bağlı abidə də yerləşdirilsin. Bundan başqa Xocalı ilə bağlı muzey və ya informasiya mərkəzi yaradıla bilər. Bununla ölkəmizə həm rəsmi, həm qeyri-rəsmi, həm də turist kimi gələnlər Xocalı ilə bağlı məlumat ala bilərlər".
Xocalının dünya ictimaiyyətinə tanıdılmasında sosial medianın böyük gücə malik olduğunu dilə gətirən Q. Paşayeva bildirib ki, bu sahədə fəaliyyət aktivləşdirilməlidir: "Ölkəmizdən kənarda təhsil alan kifayət qədər həmyerlilərimiz var. Diasporla İş üzrə Dövlət Komitəsi onlardan istifadə edərək Xocalı ilə bağlı məlumatları dünyanın müxtəlif ölkələrində yaya bilərlər. Bundan başqa Xocalı ilə bağlı film çəkilməlidir. Biz bu istiqamətdə filmin gücündən də istifadə etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB