Fərəc Quliyev: "Azərbaycan tezliklə Xocalı ilə bağlı qisasını alacaq"
"Biz bəzi həqiqətləri olduğu kimi ifadə etməliyik. Biz heç kimin ərazisini işğal edib, etnik təmizləmə aparmamışıq". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fərəc Quliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul edəcəyi qərar layihəsində 366-cı motoatıcı alayın SSRİ-yə məxsus olduğunun qeyd edilməsi düzgün deyil: "Buna görə də, biz Rusiya ordusunun 366-cı motoatıcı alayı kimi qeyd etməliyik. Bu, Rusiya əhalisinə qarşı deyil, sadəcə olaraq həqiqətləri deməliyik".
Deputata həmçinin qeyd edib ki, qanun layihəsində yer alan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ifadəsi müharibə ifadəsi ilə əvəz edilməlidir: "Əgər məsləhətdirsə, bu ifadə qərar layihəsində dəyişilsin"
"İnanırıq ki, Azərbaycan tezliklə Xocalı ilə bağlı qisasını alacaq, haqq öz yerini tutacaq"- deyə, millət vəkili əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB